Kişi ondan xəbərsiz “TikTok”a girən arvadını döydü
Hadisə
Biləsuvar Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Namiq İbrahimovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
News24.az-ın Pravda.az-a istinadla əldə etdiyi məlumata görə, hakim Nüsrət Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə qazancından 15% dövlət nəfinə tutulmaqla o, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
İttihama görə, hadisə bu ilin əvvəlində Biləsuvar rayonunda yerləşən kəndlərin birində qeydə alınıb.
Belə ki, Namiq İbrahimov qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş Gülarə Səfərova (ad, soyadı şərtidir) ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib. Buna səbəb isə zərərçəkmişin ərindən icazə almadan “TikTok” sosial şəbəkəsində qeydiyyatdan keçərək orada paylaşımlar etməsi və ona başqa qadınlarla münasibət saxlaması olub. Mübahisə zamanı Namiq qadını vurmaqla vuraraq, onun sağlamlığına yüngül zərər yetirib.
Hadisədən sonra Namiq İbrahimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmədə elan edilib ki, təqsirləndirilən şəxs qadına dəymiş zərəri ödəyib. Gülarə də ərindən heç bir şikayət və tələbinin olmadığını bildirib.