Elektrik dirəyinə çırpılan avtomobil yandı
    • 7-08-2019, 23:06
    • 887

Elektrik dirəyinə çırpılan avtomobil yandı

İmişli rayonunun Muradxanlı kəndində “ВАЗ” markalı minik avtomobili idarəetməni itirərək elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
News24.az FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində avtomobilin yanar hissələri və yol kənarında 1 ha sahədə kol-kos yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub.