Ərdoğan başsağlığı verdi
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə helikopter qəzasında şəhid olan Pilot Polis rəisi Cəmil Gülən və pilot Levent Öztürkün ailələrinə başsağlığı verib.
News24.az xəbər verir ki, bununla bağlı Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, Cəmil Gülən və Levent Öztürk Qaziantepin Nurdağı mahalının Kartal Köyü ərazisində Təhlükəsizlik Aviasiya Baş İdarəsi inventarında qeydiyyatda olan vertolyotun düşməsi nəticəsində şəhid olub.
Sevinc Əhmədqızı