Sumqayıtda mebel sexində yanğında yanğınsöndürənlər xəsarət aldı - VİDEO
    • 10-08-2019, 18:49
    • 881

Sumqayıtda mebel sexində yanğında yanğınsöndürənlər xəsarət aldı - VİDEO

Sumayıtda mebel sexi yanır. 
News24.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində baş verib. FHN-in verdiyi məlumata görə, yanğın şəhərin 18-ci mikrorayonda qeydə alınıb. 
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Süleyman Əliyevə məxsus mebel sexində baş verən yanğının söndürülməsinə cəlb olunmuş yanğınsöndürənlərdən ikisi ağır xəsarət alıb.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.