Darvaza FHN-in yanğınsöndürəninin üzərinə aşdı
    • 11-08-2019, 15:40
    • 666

Darvaza FHN-in yanğınsöndürəninin üzərinə aşdı

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhəri  18-ci mikrorayonda mebel sexi yanıb.
News24.azxəbər verir ki, hadisə zamanı sexin darvazası FHN-in yanğınsöndürəninin üzərinə aşıb.
FHN əməkdaşının durumu ilə bağlı saytımıza açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva onun vəziyyətinin normal olduğunu bildirib. Mehdiyevanın sözlərinə görə, yanğınsöndürəninin həyatı üçün təhlükə yoxdur. Xəstəxanaya yerləşdirilən şəxsin yüngül zədələri olduğu bildirilir.