“Toyota” ağaca çırpıldı - 2 nəfər öldü
    • 12-08-2019, 14:52
    • 782

“Toyota” ağaca çırpıldı - 2 nəfər öldü

Lənkəranda “Toyota” markalı avtomobilin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, avqustun 11-də saat 22 radələrində Lənkəran şəhəri ərazisində şəhər sakini A.Bağırov idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarındakı ağaca çırpıb.

Nəticədə sürücü və sərnişinləri Kamran Babayev və Amal Quliyev xəstəxanaya yerləşdiriliblər. A.Quliyev və K.Babayev xəstəxanada keçinibıər.