Meşədə narkotik becərən İsmayıllı sakini ƏLƏ KEÇDİ
    • 16-08-2019, 11:40
    • 725

Meşədə narkotik becərən İsmayıllı sakini ƏLƏ KEÇDİ

İsmayıllıda narkotik bitkilər becərən rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Vəng kənd sakini 27 yaşlı İsmayıl Məmmədov saxlanılıb.

Davam etdirilən tədbirlərlə rayonun Ruşan kəndindəki meşəlik ərazidə İ. Məmmədov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən ümumi çəkisi 6 kiloqrama yaxın 13 ədəd çətənə bitkisi aşkar edilib.

Faktla bağlı  İsmayıllı RPŞ-də araşdırma aparılır.