Meşədə narkotik becərən şəxs SAXLANILDI
    • 15-07-2019, 10:21
    • 739

Meşədə narkotik becərən şəxs SAXLANILDI

İsmayıllı rayonunda meşədə narkotik becərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qalıncaq kənd sakini, 58 yaşlı Şahin Seyidov saxlanılıb.

Ətrafında aparılan araşdırma zamanı Ş.Seyidovun Qalıncaq kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi 750 ədəd çətənə bitkisi və 4kq 680 qr qurudulmamış marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.