Toy karvanı qəzaya düşdü
    • 17-08-2019, 21:19
    • 1 167

Toy karvanı qəzaya düşdü


Avqustun 17-də Qubada toy karvanının tərkibində hərəkətdə olan nəqliyyat vasitəsinin qəzaya uğraması bir nəfərin xəsarət alması ilə nəticələnib.

News24.az xəbər verir ki, Bakı-Quba yolunda baş verən hadisə zamanı rayon sakinləri Bəhruz Süleymanov və Rasim Aydəmirovun idarə etdikləri “VAZ 2107” markalı avtomobillər toqquşub. Qəzada B.Süleymanovun avtomobilində olan həyat yoldaşı yüngül xəsarətlər alıb.