-
- 19-08-2019, 12:38
- 1 205
Əri tərəfindən yandırılan qadının DƏHŞƏTLİ FOTOSU
Şəmkirin Sarıtəpə kəndində əri tərəfindən yandırılan və bədəninin 70 faiz (4 cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan 24 yaşlı qadın həkimlərin səyinə baxmayaraq bu gün səhər saat 06:20-də aldığı xəsarətlərdən dünyasını dəyişib.
Səhiyyə Nazirliyindən bu barədə News24.az-a verilən məlumata görə, bədəninin 55 faiz (4 cü dərəcəli) dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan 54 yaşlı qadının vəziyyəti də kritik olaraq qalıb. Həkimlərin bildirdiyimə görə həyatı təhlükə altındadır.
Qeyd edək ki, Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində sərxoş ər gecə saatlarında qayınanası yaşayan evi yandırıb. Hadisə nəticəsində 2 yaşlı uşaq ölüb, 54 yaşlı qayınana və onun 24 yaşlı qızı kritik vəziyyətdə Şəmkir Mərkəzi Rayon xəstəxanasına çatdırılıblar.