"Relax" dakı davanın videosu yayıldı -İZLƏ
    • 19-08-2019, 21:05
    • 1 229

"Relax" dakı davanın videosu yayıldı -İZLƏ

Xəbər verdiyimiz kimi, ötən gün “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. 
News24.az xəbər verir ki, nəticədə dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.
Hadisəylə bağlı 6 nəfər tutulub. Bunların arasında millət vəkili İqbal Məmmədovun oğlu Mirmehdi Nərimanlı da var. Bundan başqa, deputatın qardaşı oğlu Orxan Nərimanlı da saxlanılanlar sırasındadır. 
Məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilən şəxslər Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirirlər.