Tovuzda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi BAŞLANILIB
    • 20-08-2019, 09:57
    • 868

Tovuzda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi BAŞLANILIB

Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatada ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, axşam saatlarında rayonun Bozalqanlı kəndi ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq öncə yol kənarındakı işıq dirəyinə çırpılıb, daha sonra yoldan çıxaraq kənd sakininin həyətinə aşıb. Qəza nəticəsində Aslanov Taleh Valeh oğlu (1996), Səmədov Murad Qoşqar oğlu (1997), Əmiraslanov Emil Nofəl oğlu (1996) və Namazov Səid Cəfər oğlu (1996) müxtəlif bədən xəsarətləri alıb və Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq ağır kəllə-beyin travması alan M.Səmədov orada ölüb./report/