-
- 20-08-2019, 01:28
- 823
Monitorlardan düzgün istifadə etməmək görmənin zəifləməsinə səbəb ola bilər
Gözlər orqanizmin ən təsirli və cazibədar hissələrindən biridir, onu bəzən “qəlbin aynası” da adlandırırlar. Aristotelin təbirincə, göz təbiətin mahiyyətini saxlamağa imkan verən və bizə daha çox məmnunluq gətirən hiss orqanıdır.
İnsan gözündə 107 milyona yaxın hüceyrə var. Gözlər saniyədə 50 əşyaya fokuslana bilirlər. Gözdə əmələ gələn görüntünün ən kiçik hissəsini-ən kiçik vahidini piksellə ifadə edirlər. Piksellərin sayı nə qədər çoxdursa, əsl görüntü barəsində informasiya da o qədər dəqiq olur.
Müxtəlif dövrlərə görə göz xəstəliklərinin aktuallığı da dəyişib. Son illərdə məktəbli, yeniyetmə, gənclər və uşaqlar arasında kliniki refraksiya pozuntularına - ametropiyanın növlərinə, yəni miopiya, hipermetropiya, astiqmatizm kimi xəstəliklərə daha çox rast gəlinir. Həmin görmə qüsurlarının aradan qaldırılmasının bir üsulu da optik eynəklərdir. Son vaxtlar bağça, məktəb, ali təhsil ocaqlarında eynəkdən istifadə edən uşaqlara tez-tez rast gəlirik.
Monitorlar, mobil telefonlar, planşetlər, smartfonlar həyat və məişətimizə texniki üstünlüklər qazandırmaqla yanaşı insan sağlamlığına, başlıca olaraq görmə orqanına təsirsiz ötüşmür. Belə ki, kompüterdən mütəmadi və uzun zaman istifadə etdikdə oradan düşən infraqırmızı, yumşaq rentgen şüaları təxminən 55-60 faiz hallarda gözdə problemlər yaradır.
Uzun zaman kompüter arxasında işləmə orqanizm tərəfindən yuxusuzluq, başgicəllənmə, əzginlik, ümumi iş qabiliyyətinin azalması, hipodinamiya kimi hallara və gözlər tərəfindən qızartı, yorğunluq- görmənin astenopatiyası , göz quruluğu sindromuna səbəb ola bilər.
Kompüter arxasında uzun zaman işləmək məcburiyyətində qalanlara hər 20 dəqiqədən bir 20 dəqiqəlik, yaxud 40 dəqiqə işləyib 20 dəqiqə fasilə vermək tövsiyə olunur. Təəssüf ki, bu qaydaya əməl edənlər ya heç yoxdur, ya da çox azdır.
Bəzən valideynlər öz işlərini rahat icra etmək xatirinə kiçik yaşlı uşaqlara başlarının qarışması üçün telefon verirlər. Bu isə azyaşlı uşaqlarda görmə problemləri yaradır və zəif görməyə səbəb olur. İnsan gözü həm yaxına, həm də uzağa baxmalıdır. Lakin biz gündəlik iş rejimində uzağa və yaxına baxmanı növbələşdirə bilmirik.
Min illərin sınağından çıxmış bal təbii vasitə kimi gözün bir sıra xəstəlikləri zamanı olduqca müsbət təsir göstərir . A vitamini ilə zəngin olduğuna görə kərə yağını xırda hissələrə bölüb dondurduqdan sonra həb kimi qəbul etmək də gözün qidalanmasına xidmət edir. Gözə itdirsəyi çıxanda bişmiş, pörtlədilmiş kələm yarpağı, hətta adi bağayarpağının yuyulub gözün üzərinə qoyulması da onun tez sağalmasına səbəb olur. Milli mətbəximizdə çox istifadə olunan zəfərandan bol -bol istifadə etmək də xeyirlidir, onun tərkibində gözün torlu qişasına faydalı olan selen mikro elementi var.