Xəzərə düşən hərbi təyyarəmiz tapıldı Sabah kranla çıxaracaqlar
    • 25-07-2019, 22:35
    • 1 372

Xəzərə düşən hərbi təyyarəmiz tapıldı Sabah kranla çıxaracaqlar

Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsi tapılıb.

News24.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında tanınmış politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, hərbi təyyarə sabah quruya çıxarılacaq: “Axtarışlarla bağlı hələlik bir yenilik yoxdur. Amma deyəsən, təyyarə tapılıb. Təxminən Giləzi ilə Şuraabad ərazisindədir. Sabah kranla quruya çıxaracaqlar”.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.