Polkovnik-leytenant Rəşad Atakişiyevin cənazəsi II Fəxri Xiyabana YOLA SALINDI - FOTO - VİDEO - YENİLƏNİB - 3
    • 21-08-2019, 11:15
    • 1 845

Polkovnik-leytenant Rəşad Atakişiyevin cənazəsi II Fəxri Xiyabana YOLA SALINDI - FOTO - VİDEO - YENİLƏNİB - 3

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin cənazəsi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindən II Fəxri Xiyabana yola salınıb. 

News24.az xəbər verir ki, R.Atakişiyevin nəşi II Fəxri xiyabanda dəfn ediləcək.


****
10:57 


Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

News24.az-ın xəbərinə görə, R.Atakişiyevin nəşi II Fəxri xiyabanda torpağa tapşırılacaq. 


****
10:50


Polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam edir. Plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu daha sonra II Fərxi Xiyabanda dəfn olunacaq. 

News24.az-ın xəbərinə görə, vida mərasimi davam edir. 

Mərhumun 3 və 7 mərasimləri sabah Heydər Məscidində baş tutacaq. 


****
09:00


Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi artıq gətirilib. 

News24.az xəbər verir ki, bu gün pilotla vida mərasiminə qohumları, yaxınları və Müdafiə Nazirliyinin əməkdaşları toplaşıblar.  

Saat 10.00-dan etibarən Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla rəsmi vida mərasimi keçiriləcək. Mərhum pilot daha sonra II Fəxri Xiyabanda dəfn ediləcək. 

Qeyd edək ki, onun nəşi 27 gündən sonra - dünən tapılaraq ailəsinə təhvil verilib. 

Allah rəhmət eləsin!