-
- 21-08-2019, 17:40
- 885
Macarıstan, Çin və Latviyada təhsil almaq üçün seçilmiş tələbələrlə GÖRÜŞ KEÇİRİLDİ
Hökumətlərarası Təqaüd Proqramları ( HTP) çərçivəsində 2019-2020-ci tədris ilində Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrin bir qrupu ilə görüş keçirilib.
News24.az-ın xəbərinə görə, görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov HTP çərçivəsində təhsil almaq üçün müraciət edənlərin sayının ildən-ilə artdığını bildirib. Nazir müavini qeyd edib ki, 2019-2020-ci tədris ili üçün keçirilən müsabiqədə seçim yüksək rəqabətlilik şəraitində baş tutub. Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan nazir müavini onların ölkəmizin dinamik inkişaf prosesinə töhfə verəcəklərinə əminliyini ifadə edib.
Azərbaycanın xaricdə təhsil ənənələri barədə məlumat verən Firudin Qurbanov ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, hazırda bunun ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla davam etdirildiyini söyləyib.
Nazir müavini ötən əsrin 70-80-ci illərindən azərbaycanlı gənclərin ölkə hüdudlarından kənarda nüfuzlu ali məktəblərdə oxumağa göndərildiyini, müstəqillik illərində xaricdə həm Hökumətlərarası Təqaüd Proqramları, həm də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini diqqətə çatdırıb.
Çıxışının sonunda Firudin Qurbanov tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb.
Sonda xaricdə təhsil almaq hüququ əldə etmiş tələbələr öz fikirlərini bölüşüb, onları maraqlandıran suallarla bağlı geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə Macarıstanda 200, Latviyada 13, Çində isə 37 nəfər təhsil almaq hüququ əldə edib.
Macarıstan, Çin və Latviya hökumətləri tərəfindən namizədliyi təsdiq olunan tələbələr təhsilini sözügedən ölkələrin aparıcı ali təhsil müəssisələrində, bakalavriat, baza ali tibb təhsili, magistratura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər.