Xırdalanda mağaza mallarla birgə YANDI
    • 22-08-2019, 11:16
    • 1 280

Xırdalanda mağaza mallarla birgə YANDI

Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 1480 m² olan qarışıq mallar mağazasının yanar konstruksiyaları və içərisinə yığılan mallar 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.