-
- 22-08-2019, 17:56
- 1 812
Bakıda bu avtomobillər 3-4 min manat bahalaşdı - QİYMƏTLƏR
Yay mövsümü ilə əlaqədar istirahətə gedənlərin artması avtomobil bazarında alıcılı sayını azaltsa da, bu, qiymətlərə təsir etməyib.
News24.az Bakucity.az-a istinadən xəbər verir ki, ötən həftə Badamdar avtomobil bazarında 2 min manata yaxın bahalaşma müşahidə edilib. İstehsal ilinə görə bu fərq 2015-ci ildən sonrakı avtomobillərdə 3-4 min manata yaxınlaşıb.
Ümumlikdə, ən çox bahalaşma Almaniya istehsalı olan ikinci əl “Mercedes” avtomobillərində müşahidə edilib. Məsələn, 1998-ci ildən sonra isetshal edilən “Mercedes C-180” modeli əvvələr 9500-10000 min manata satılırdısa, indi bu avtomobilin qiyməti 11000-12000 min manat arasında dəyişir.
İstehsal tarixi 2006-2009-cu illər olan “Mercedes E Class” modellərində isə qiymət fərqi daha çoxdur. Bu avtomobillər 3-4 min manat bahalaşıb. Məsələn, bu avtomobilin 2006-cı ilin 2.2 l. dizel mühərrikli versiyası əvvəl 13-14 min manata satılırdısa, indi qiyməti 17 min manata kimi artıb. 18-19 min manatlıq 2007-ci il model 3.5 l mühərrikli “Mercedes E Class” avtomobilini isə hazırda 22 min manata almaq olar.
“Lada” və “VAZ 2107” 1000-1500 manat bahalaşıb
“Mercedes”lərlə yanaşı, “Lada” və “VAZ 2107-nin qiyməti də artıb. Belə ki, əvvəl 5500 manata satılan 2011-2012-ci illərə aid “Lada 21012” və “Lada 21015” avtomobilləri 6500-7000 min manata kimi bahalaşıb. “VAZ 2107”in qiyməti də 1000-1500 manat artıb.