Oturacaqların içərisində  siqaret və spirtli içki KEÇİRMƏK İSTƏDİ
    • 3-10-2019, 12:08
    • 748

Oturacaqların içərisində siqaret və spirtli içki KEÇİRMƏK İSTƏDİ

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Opel Astra" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Nəqliyyat vasitəsinin yoxlanması zamanı salonda oturacaqların içərisində və arxa yük bölməsində örtüyün altında gizlədilən 1800 ədəd "Marlbro Filter Plus" markalı siqaret və üzərində "Nemiroff Original" yazılan 4 ədəd 1 litrlik spirtli içki aşkarlanıb.