Bakıda yolu keçən yol polisini maşın vurdu
    • 27-08-2019, 17:36
    • 758

Bakıda yolu keçən yol polisini maşın vurdu

Dövlət Yol Polisinin əməkdaşı avqustun 26-da Bakının Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb. 

Ou barədə hüquq-mühafizə orqanlarından m'lumat verilib.

1988-ci il təvəllüdlü Elgün Əliyevin idarə etdiyi "Renault" markalı avtomobil saat 12:45-də Ziya Bünyadov prospektində yolu keçən polis əməkdaşı Ağazadə Rövşən Zahir oğlunu vurub.

Nəticədə xəsarət almış R.Ağazadə Daxili İşlər Nazirliyinin hospitalına çatdırılıb. Pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, R.Ağazadə maşınla vurularkən xidmət başında olub.

Faktla bağlı araşdırma aparılır.

/oxu.az/