Bu ərazilərdə bu gün qaz olmayacaq
    • 28-08-2019, 09:05
    • 439

Bu ərazilərdə bu gün qaz olmayacaq

Bu gün səhər saat 08:00-dan Tbilisi prospektində istismarı dayandırılmış qaz xəttinin ləğvi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra olunacaq.

“Azəriqaz” İb-dən News24.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq 1 və 2-ci Alatavada, Tbilisi prospekti, H.Əliyev prospektində, Nəsimi, Yasamal və Nərimanov rayonlarında, eləcə də bir neçə tibb müəssisəsi və digər yerlərdə bir qrup abonentin qaz təchizatı dayandırılıb.