Mingəçevirdə mənzildən 7 min dollar OĞURLANDI
    • 31-08-2019, 15:06
    • 706

Mingəçevirdə mənzildən 7 min dollar OĞURLANDI

Mingəşevir şəhərində oğurluq hadisəsi olub.

Mingəçevir və Şirvan şəhər polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-nə keçən gecə Mingəçevir şəhərindəki mənzillərin birindən 7500 ABŞ dolları, 4500 avro, 2 ədəd üzük və 1 ədəd qızıl sırğa oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev, Sabirabad rayon sakinləri S.Quliyev Mingəçevir şəhərinin ərazisində, M.Məmmədov isə Şirvan şəhəri ərazisində saxlanılıblar. /Teleqraf.com/