3 piyadanı xəstəxanalıq edən sürücü SAXLANILDI
    • 2-09-2019, 12:10
    • 561

3 piyadanı xəstəxanalıq edən sürücü SAXLANILDI

Ötən gün Quba rayonunda 3 piyadanı vuran sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a yerli bürosuna verilən məlumata görə, hadisəni törədən “Mercedes” markalı maşının sürücüsü Saleh Saliyev saxlanılıb.

Qeyd edək ki, ötən gün rayonun İkinci Nügədi kəndi ərazisində baş verən qəzada xəsarət alan kənd sakinləri - 2003-cü il təvəllüdlü Əzizov Hüseyn Elmar oğlu, 2000-ci il təvəllüdlü Kərimov Fətəli Sovqat oğlu və 2000-ci il təvüllüdlü Cavadaov Nail Qədir oğlu Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.