Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələrində MƏŞĞƏLƏLƏR KEÇİRİLDİ
    • 2-09-2019, 18:42
    • 1 009

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələrində MƏŞĞƏLƏLƏR KEÇİRİLDİ

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən ordu və motoatıcı birləşmələrin artilleriya hissə və bölmələri ilə atış və atəşin idarə edilməsi mövzusunda praktiki məşğələlər keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, plana əsasən “Həyəcan” siqnalı ilə müdafiə zolağı dərinliyindəki döyüş təyinatlı rayonlara çıxarılan artilleriya hissə və bölmələri taktiki və manevr fəaliyyətləri yerinə yetiriblər.

Şərti düşmənin fəaliyyəti təkcə yerüstü kəşfiyyat vasitələri ilə deyil, həm də pilotsuz uçuş aparatları ilə izlənilib. Qərargahların və komandirlərin döyüş zamanı bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirildiyi məşğələlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.