Afaq Bəşirqızının ad günüdür - VİDEO
    • 15-08-2018, 16:17
    • 1 589

Afaq Bəşirqızının ad günüdür - VİDEO

Bu gün xalq artisti Afaq Bəşirqızının ad günüdür. 

63 yaşını qeyd edən sevilən aktrisa 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub.1962-ci ildə 31 saylı orta məktəbin 1-ci sinifinə gedib və 1972-ci ildə 20 saylı orta məktəbi bitirib.Sənədlərini BDU-nun şərqşünaslıq fakültəsinə verib,lakin müsabiqədən keçməyib.Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə(rəhbəri Məhərrəm Bədirzadə) gedib.1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutu(indi ki,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsil alıb.Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb.İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb.1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb.Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb.Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indi kiAzərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bugünə kimi həmin teatrda çalışır.Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib.Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar" (Darçınbəyim), Vaqif Səmədoğlu "Yaşıl eynəkli adam"(Zəhra), Əli Əmirlinin «Bala başa bəla»(Suğra), Məcnun Vahidov «Yarımştat»(Ayna), Aqşin Babayevin "Nekroloq"(Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xaraktirli rollar və vəəə «Afaq gülür güldürür» şousunda müxtəlif obrazlar yaradıb.

Azərbaycanfilmin istehsalı olan Bəxt üzüyü Söylü rolunda və Mozalan Satirik Kinojurnalıında "Uşaq bağças", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib.
 
Afaq Bəşirqızı son dərəcə yaraşıqlı aktrisadır və onun bu yaradıcılıq keyfiyyəti səhnə ilə tamaşaçı salonu arasında olan "səddi" asanlıqla dəf edir.Afaq xanımın tənqid hədəfinə çevirdiyi mövzular zahiri gülünclüyü <<partlayan>>,aşıb daşan yumorla,qroteskli satira ilə çatdırır.Bunun kökündə isə aktrisa üçün gülüş oyadan vəziyyəti doğuran sosial durumun psixoloji əsasların,dərin ictimai mahiyyətini daha qabarıq,daha dəqiq və daha mənalı verməyə sənətkarlıqla nail olur.

Afaq Bəşirqızı daxilən çoşqun,romantik,ehtiraslı aktrisadır.Məhz bu cəhətdən onun müəyyən rollarının ictimai tutumunu dəyərləndirir.A.Bəşirqızı milli xalq oyun-tamaşalarının estetik prinsiplərini dərindən duyan,milli gülüş mədəniyyətinin ruhun öz oyunda parlaqlıqla təcəssüm etdirən qüdrətli sənətkardır.Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq xanım Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışındadır.O, uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışıb və həmin Universitetin professor elmi adına layiq görülüb.

Afaq Bəşirqızının Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib,17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti,1993-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına.1993-cü ildə və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb.Uzun illər Prezident mükafatına layiq görülüb.2013-cü ildə "Şöhrət” ordeni ilə təltif olunub, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub. 13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.