72 ədəd su sayğacı oğurlayan şəxs TUTULDU
    • 5-09-2019, 15:39
    • 614

72 ədəd su sayğacı oğurlayan şəxs TUTULDU

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Aşurluya məxsus “VAZ-2121” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müəssisələrin birinin anbarından 72 ədəd su sayğacı oğurlaması da müəyyən edilib.