-
- 29-09-2018, 12:36
- 1 526
Azərbaycanda I Beynəlxalq Fındıq, Qoz və Şabalıd Festivalı keçirilir
Azərbaycanda I Beynəlxalq Fındıq, Qoz və Şabalıd Festivalı başlayıb.
Tədbir Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Festivalın açılış mərasimi Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında keçirilib.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən 15-ə yaxın xarici ölkə səfirliyinin rəhbər və təmsilçiləri, Nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, şəhərin qonaqları və rayon sakinləri iştirak ediblər.
Festivalın rəsmi qonaqları əvvəlcə Heydər Parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzərək Heydər ƏliyevMərkəzi ilə tanış olublar. Daha sonra qonaqlar Zaqatala Bölgə Təcrübə Stansiyasının ərazisindəki fındıq bağına baş çəkiblər, “Azərsun” MMC-nin fındıq emalı zavodunda fındıq emalı ilə tanış olublar.
Qonaqlar rayon ictimaiyyəti ilə birlikdə “Dədə Qorqud” meydanında yaradılan “Kənd evi”ndə fındıq və qoz qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanılma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması, at arabasının hazırlanması, müxtəlif milli xörəklərin bişirilməsi prosesini izləyiblər. Festival iştirakçıları həmçinin fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olub, rəsm və əl işləri sərgisinə, tətbiqi sənət nümunələrinə baxıblar.
Festivalın sonunda fındıq, qoz və şabalıdla bağlı müsabiqə qalibləri mükafatlandırılıb.
Tədbirə Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki meydanda keçiriləcək bədii proqramla yekun vurulacaq.