Keçmiş UFC döyüşçüsü güllələnərək qətlə yetirildi

Keçmiş UFC döyüşçüsü güllələnərək qətlə yetirildi Dünya

33 yaşlı keçmiş UFC döyüşçüsü, avstraliyalı Suman Moxtaryan Sidneydə silahlı hücum nəticəsində öldürülüb.

News24.az xəbər verir ki, hadisə bu gün, oktyabrın 8-də şəhərin ətraf ərazilərindən birində baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Moxtaryanın bir neçə güllə yarası aldığını aşkar ediblər. Həkimlərin səylərinə baxmayaraq, döyüşçünün həyatını xilas etmək mümkün olmayıb — o, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, bu, Moxtaryana qarşı ikinci silahlı hücum olub. 2024-cü ilin fevralında maskalanmış şəxs qida çatdırılması xidmətinin sürücüsü kimi təqdim olunaraq, idman zalının yaxınlığında ona bir neçə dəfə atəş açıb, lakin o vaxt döyüşçü sağ qalıb.