Serbiya millisinin baş məşqçisi istefa verdi

Serbiya millisinin baş məşqçisi istefa verdi İdman

Futbol üzrə Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç istefa verib.

News24.az xəbər verir ki, mütəxəssis Albaniyaya evdə uduzduqları (0:1) DÇ-2026-nın seçmə mərhələsinin oyunundan sonra postundan ayrılıb.

Qeyd edək ki, Stoykoviç 2021-ci ildən yığmanın baş məçqçisi idi. Serbiya millisi K qrupunda 7 xalla üçüncü pillədə qərarlaşıb. Albaniya 11 xalla ikinci, İngiltərə 15 xalla birincidir.