-
- 12-09-2019, 14:04
- 891
Nazir müavini Şamaxıda QƏBUL KEÇİRƏCƏK
Təhsil nazirinin müavini Firudin Qurbanov sentyabrın 20-də saat 11:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində bu ay üçün respublikamızın şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şamaxı və Qobustan rayon sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, qəbulda qeyd edilən rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar sentyabrın 12-dən 18-dək (saat 18.00-dək) Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (https://azvision.az/redirect.php?url=http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.