Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar, orden və medallar TƏQDİM OLUNDU
    • 12-09-2019, 16:51
    • 773

Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar, orden və medallar TƏQDİM OLUNDU

Paytaxtda Muzey Mərkəzində mükafatlandırılma mərasimi baş tutub.

News24.az-ın məlumataına görə, tədbiri mədəniyyət naziri Əbülfəs Qarayev açıb. Nazir bildirib ki, mükafata layiq olan hər bir sənətkar Azərbaycanın mədəni həyatında öz töhfələrini bəxş edən, ölkəmizi dünyada layiqincə təmsil edən xadimlərdir. Onlar daim üzərində çalışaraq böyük uğurlara nail olublar. Və məhz bu səbəbdən mədəniyyət və incəsənət xadimləri xalq və dövlət tərəfindən daim yüksək qiymətləndirilib. Nazir onu da vurğulayıb ki, Azərbaycanın mədəni həyatı hazırda zəngin və çoxşaxəlidir.
Sonda mükafatlandırılma mərasimi baş tutub.

Sevda Bayramova