Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı olub - FOTO
    • 27-06-2019, 13:24
    • 1 229

Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı olub - FOTO

Bu gün I Fəxri Xiyabanda görkəmli aktyor, rejissor, peşəkar teatr sənətinin banilərindən biri Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılış mərasimi keçirilib.

News24.az -ın APA-ya istinadla verdiyi xəbərə görə, mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, sənətkarın ailə üzvləri iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev Hüseyn Ərəblinskinin yaradıcılığından danışıb. Nazir bildirib ki, teatr sənətinə adını qızıl hərflərlə yazdırmış Ərəblinski kimi şəxsiyyətlər heç zaman unudulmayacaq: "Hüseyn Ərəblinskinin vəfatından 100 il keçir. Belə bir təşəbbüs irəli sürüldü ki, onun adına layiq heykəl hazırlansın. Bu heykəlin qoyulmasında məqsəd Ərəblinskinin nə qədər dahi insan olduğunu bir daha göstərməkdir".