Xarkovda uşaq bağçası vuruldu - Video

Xarkovda uşaq bağçası vuruldu - Video Dünya

Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.

News24.az xəbər verir ki, zərbə nəticəsində şəhərdə özəl uşaq bağçasında yanğın baş verib.

Hadisə nəticəsində 1 qadın həlak olub, daha 6 nəfər isə yaralanıb.

Bağçadakı uşaqlar isə təxliyə edilib. 

Hücum zamanı bağçanın yaxınlığında yerləşən ofisə də zərər dəyib. (Qafqazinfo)