Bakıda ilk “Bakı Beynəlxalq Siqar Festivalı” start götürdü
    • 13-09-2019, 16:59
    • 1 133

Bakıda ilk “Bakı Beynəlxalq Siqar Festivalı” start götürdü

Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən festivala MDB və Avropanın bir sıra ölkələrindən 100-ə yaxın siqarsevər qatılıb.

Agentlikdən News24.az-a verilən məlumata görə, Bakı Siqar Klubunun təşkilatçılığı ilə baş tutan festival 3 gün davam edəcək. Festival müddətində iştirakçılar üçün bir-birindən maraqlı və əyləncəli proqramlar keçiriləcək.

Eyni zamanda, festival çərçivəsində qonaqların Bakı haqqında ətraflı məlumatlandırılması məqsədilə paytaxtın tarixi-mədəni, gəzməli-görməli yerlərinə səfərlər təşkil olunacaq.

Qonaqlara, həmçinin Azərbaycanın milli mətbəxi, insanların qonaqpərvərliyi haqda geniş informasiya verilib.

Xatırladaq ki, Bakı Siqar Klubu ötən il Avropanın ən yaxşı klubu elan edilib.

Afaq Mirayiq