Ən çox zəhərlənmələr salatlar, mayonezli qida məhsullarında olur- AQTA
    • 13-09-2019, 17:30
    • 1 378

Ən çox zəhərlənmələr salatlar, mayonezli qida məhsullarında olur- AQTA

"Yay mövsümündə qida zəhərlənmələrin əsas səbəbi soyuq zəncir prinsipinə əməl edilməməsidir".

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev bildirib.

Onun sözlərinə görə, yay mövsümündə bəzi qidalar var ki, onların sanitar-gigiyena normalarına əməl edilməsi vacibdir. Bu da normativ texniki sənədlərlə müəyyən edilib: "Ən çox zəhərlənmələr salatlar, mayonezli qida məhsullarında olur, həmin qidalarda texnoloji ardıcıllığa, sanitar-gigiyenik normalara riayət olunmur.

Eyni zamanda heyvan mənşəli və digər məhsullardan istifadə də burada xüsusi yer tutur. Araşdırmalar davam etdirilir. Qeydə alınan kütləvi zəhərlənmələrlə bağlı sənədlər aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib. Bəzi şəxslər artıq məsuliyyətə cəlb olunub. Burada sahibkarlıq subyektləri, ictimai iaşə müəssisələri birbaşa məsuliyyət daşıyırlar”.