-
- 9-09-2019, 12:58
- 1 011
Toylarda kütləvi zəhərlənmələrin əsl səbəbi odur ki... QOŞQAR TƏHMƏZLİ
"Bütün zəhərlənmə faktları bir daha onu sübut edir ki, qida təhlükəsizliyi qaydaları daha çox ictimai iaşə müəssələrində gözlənilmir".
News24.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanın şimal bölgəsində toy mərasimlərində baş verən kütləvi zəhərlənmələrlə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, AQTA tərəfindən il yarım ərzində auditlər və monitorinqlər aparılıb: "Nəticə olaraq təəssüflə bildirmək istəyirəm ki, ilkin istehsal müəssisələrində qida təhlükəsizliyi rejimləri gözlənilir, nəinki ictimai iaşə müəssisələrində. Bura insanların kütləvi qidalandığı müəssisələr, xüsusilə də şadlıq evləri, restoranlar, kafelər aiddir. Qida təhlükəsizlik sisteminin gözlənilməsi tək qidaların özünün keyfiyyəti ilə bağlı deyil.
Orda işləyən şəxslərin özünün şəxsi gigiyena qaydalarına əməl etməmək faktı ilə bağlıdır. Adını çəkdiyiniz zəhərlənmə faktlarının 95 faiziindən yuxarı gösrəricilərin labarator ekspertiza nəticələri göstərdi ki, insanların şəxsi gigiyena qaydalarına əməl etməməyi həmin qidanı təhlükəli qidaya çevrilməyinə səbəb olub. Biz öncədən də bildirmişdik ki, qida təhlükəsizliyi çox mürəkkəb bir sistemdir. Bu qidanın istənilən etapda zərərli qidaya çevrilməsinə səbəb ola bilər. Burda mütləq tarladan süfrəyə qədər, istehlakçının son istehlakı dövrünə qədər olan məsafə addım-addım bütün risqlərdən azad olunmalıdır. Gördüyünüz kimi, məhsul bütün təhlükəsizlik göstəricilərinə uyğun olaraq istehsal oluna bilər. Həmin məhsul düzgün daşına bilər, düzgün saxlana bilər, amma emal prosesi zamanı həmin şəxslər müvafiq sanitar-gigyenik qaydalara əməl etməsələr, bunun nəticəsində insanların toy mərasimlərində kütləvi şəkildə mədə-bağırsaq pozğunluğuna səbəb ola bilər. Ona görə də bu bir daha onu sübut edir ki, qida təhlükəsizliyi çox mürəkkəb bir prosesdir. Qida zəncirinin bütün mərhələlərində buna əməl olunmalıdır".
Q.Təhməzov ictimaiyyətin maarifləndirilməsində KİV-ləri dəstək olmağa dəvət edib.
Afaq Mirayiq