-
- 13-02-2020, 12:25
- 1 225
Dönərxanalarla bağlı yenilik: zəhərlənmələrin qarşısı alınacaq- QOŞQAR TƏHMƏZLİ
Ən çox dönərxanalarla əlaqədar zəhərlənmə halları aşkarlanıb. Bunun qarşısının alınması üçün yeni- Süfrə MMC yaradılacaq.
News24.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, zəhərlənmələrə səbəb dönər satan şəxslərin qida ilə düzgün rəftar etməmələridir: "Yəni onlar tez istifadədən çıxan ərzaq məhsullarını alaraq, saxlama rejiminə düzgün əməl etmirlər. Ət və ət məhsulları digər tez xarab olan ərzaq məhsulları ilə təmasda olarkən tez sıradan çıxır. Bu cür sanitar- gigiyenik qaydalara ciddi əməl olunmur. Bu isə məhsulların ikinci dəfə çirklənməsinə səbəb olur. Həmin məhsulları istehlak edən şəxslər üçün təhlüləkəli qida məhsuluna çevrilir. Bu baxımdan, Qida Təhlükəsizliyi İnstitutu tərəfindən yeni yarsadılacaq "Süfrə" MMC tərəfindən beynəlxalq standartlara uyğunlaşdırılmış qida subyektlərinin pilot layihələri tətbiq ediləcək. Belə pilot layihələrdən biri də minimum keyfiyyət təhlükəsizliyi göstəricilərini özündə əks etdirən dönərxanalardı. Bunun üçün minlərlə dönər fəaliyyəti ilə məşğul olan kiçik sahibkarlıq strukturlarına və orta sahibkarlıq satrukturlarına müraciət edəcəyik".
AQTA sədrinin sözlərinə görə, layihənin əsas mahiyyəti ondan ibarətdir ki, burada püşkatma nəticəsində seçimlər ediləcək: "Sahibkarların özünün iştirakı ilə həmin dönərxanalar seçiləcək. Bu, Qida Təhlükəsizliyi İnstitutu tərəfindən pulsuz olaraq həyata keçiriləcək. Heyvan kəsimi məbtəqələrində də Qida Təhlükəsizliyi İnstutunun hıyata keçirdiyi bütün fəaliyyətlər pulsuz həyata keçiriləcək".
Afaq Mirayiq