-
- 18-09-2019, 13:52
- 902
Ərdoğan xəbərdarlıq etdi: "İki həftədən sonra nəticə olmasa..."
“Təhlükəsizlik zonası ilə əlaqədar ABŞ ilə işlərimiz ən qısa müddətdə başa çatdırılmalıdır. İki həftədən sonra nəticə olmasa, bu zonada fəaliyyət planımızı həyata keçirəcəyik”.
News24.az “RİA”ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan həmçinin Ankarada Suriya ilə bağlı üçtərəfli Rusiya-Türkiyə-İran sammitində mühüm qərarların verildiyini də açıqlayıb: "Əsas odur ki, biz siyasi prosesə yeni dinamizm bəxş etdik. Konstitusiya komitəsinin tərkibi təsdiq edildi, bütün fikir ayrılıqları həll edildi. İdlibdəki vəziyyət, yeni qaçqın dalğasının qarşısının alınması ilə bağlı fikir mübadiləsi etdik".
Qeyd edək ki, Bundan əvvəl Ankarada təhlükəsiz zonanın yaradılması ilə bağlı Türkiyə-Amerika danışıqları başa çatdı. Türkiyə Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ankara və Vaşinqton Suriyanın şimalında ortaq əməliyyatlar üçün koordinasiya mərkəzinin və planlaşdırılan təhlükəsizlik zonasının yaradılması barədə razılığa gəliblər. Rəsmi Dəməşq bu razılaşmaya qəti şəkildə qarşı çıxıb. Buna səbəb isə Suriya hökumətinin fikrincə, bu, Suriya Ərəb Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hücum, beynəlxalq hüquq prinsiplərinin və Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin kobud şəkildə pozulmasıdır.