“Təşəkkür edirəm” deməyi unutmayın
    • 18-09-2019, 23:20
    • 732

“Təşəkkür edirəm” deməyi unutmayın

Florida Universiteti alimləri müəyyən ediblər ki, təşəkkür etmək dostları və tərəfdaşları ilə münasibətlərdən məmnun qalmayan insanların əhval-ruhiyyəsini yüksəltmək üçün çox sadə üsuldur.
News24.az xəbər verir ki, “MedikForum” portalının yazdığına görə, alimlər mümkün qədər tez-tez “təşəkkür edirəm” deməyi məsləhət görürlər. Verbal minnətdarlıq ifadəsi olan “təşəkkür edirəm” həm onu tələffüz edənə, həm də onun ünvanlandığı adama xoş təsir bağışlayır.
Tədqiqatlar zamanı müəyyən olunub ki, minnətdarlıq dolu sözlər məmnunluq səviyyəsini artırır. Ekspertlər minnətdarlığın “kommunikativ qüvvəyə” (bir tərəfdaşın, yaxud dostun digərinə münasibətdə məsuliyyət dərəcəsi) təsirini də öyrəniblər. Məlum olub ki, belə sözlər məhz kommunikativ qüvvəni möhkəmləndirir. Kimə isə minnətdarlıq edəndə, fikrinizi həmin adamın sizin üçün etdiyi yaxşılığı unutmamağa yönəldirsiniz. Bu, sizə həmin adamın müsbət cəhətlərini görməyə, pislikləri deyil, yaxşılıqları unutmamağa sövq edir.