-
- 20-09-2019, 00:06
- 963
Azərbaycanlıların Türkiyədən deportasiyasına dair RƏSMİ AÇIQLAMA
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiyasına başlanmasına dair yayılan xəbərlərə münasibət bildirib.
News24.az xəbər verir ki, səfir açıqlamasında deyib ki, həmin xəbərlər həqiqəti əks etdirmir. Türkiyədə yaşayan azərbaycanlıların problemləri məsələsi Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın və Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Bakıda keçirilən Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasında da müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması qərara alınıb.