“Azərişıq”dan xəbərdarlıq Əlverişsiz hava şəraiti ilə bağlı
    • 21-09-2019, 20:38
    • 847

“Azərişıq”dan xəbərdarlıq Əlverişsiz hava şəraiti ilə bağlı

Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.
News24.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev istehlakçılara da müraciət edib:
“Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən də istehlakçılardan xahiş edirik ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem yaxud qəza halı gördükdə 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.
Xatırladaq ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaydığı son məlumata görə, güclü Şimal-Qərb küləyi müşahidə ediləcək. Bəzi ərazilərdə küləyin sürəti saniyədə 38 metrə çatacaq.