Bakıda avtobus drenaj xəttinə düşdü, 1 nəfər XƏSARƏT ALDI - FOTO
    • 23-09-2019, 13:07
    • 960

Bakıda avtobus drenaj xəttinə düşdü, 1 nəfər XƏSARƏT ALDI - FOTO

Bakı Nəqliyyat Agentliyi (BNA) Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.

"Bakı Nəqliyyat Agnetliyi tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib. Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir. Hazırda hadisə ilə bağlı araşdırma aparılır".

Qeyd edilib ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məlum hadisənin ağır qəza olaraq təqdim edilməsi və xeyli sayda yaralıların olması barədə məlumatlar həqiqəti əks etdirmir.