Bakıdakı dəhşətli qəzanın təfsilatları
    • 2-08-2019, 14:12
    • 1 035

Bakıdakı dəhşətli qəzanın təfsilatları

Sabunçu rayonu R.Rüstəmov küçəsində baş verən zəncirvari yol nəqliyyat hadisəsinin təfərrüatları məlum olub. 


Bakı Nəqliyyat Agentliyindən (BNA) News24.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən OPEL markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb.

Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan (99 XJ 582 Dövləq Qeydiyyat Nişanı) avtobusun qarşısına çıxaraq avtobusa dəyib. Sərnişinlər arasında xəsarət alan yoxdur.
Hazırda qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırma aparılır.