Bakıda avtobus ağır qəza törətdi: YARALILAR VAR - FOTO

Bakıda avtobus ağır qəza törətdi: YARALILAR VAR - FOTO
HADİSƏ

25-01-2020, 10:27

Mətn ölçüsü

Bu gün səhər saat 08 radələrində “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkət olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən VAZ 2107 markalı minik avtomobili çıxıb. Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də yol sürüşkən olduğundan nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtobus yoldan kənara çıxıb.

Qəza nəticəsində sərnişinlərdən bir neçə nəfərin yüngül xəsarət aldığı bildirilir.