-
- 23-09-2019, 23:23
- 1 250
9 nömrəli məktəbdə baş verən qalmaqalla bağlı — AÇIQLAMA
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 9 nömrəli orta məktəbdə baş verən süründürməçiliklə bağlı yazı dərc edilib.
News24.az xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhər sakini Təbriz Yusubov redaksiyamıza məlumat verərək bildirib ki, öz övladını məktəbəhazırlıq kursuna qoymaq üçün tələb olunan bütün zəruri sənədləri toplayaraq 9 nömrəli məktəbə yaxınlaşıb.
Məktəbin direktoru sənədlərin qəbulundan imtina etdiyi üçün T.Yusubov Təhsil Nazirliyinə şikayət edib. Müraciət Abşeron Rayon Təhsil şöbəsində araşdırılaraq vətəndaşın xeyrinə həll olunub və sənədlərin qəbul olunması üçün 9 nömrəli məktəbin direktoruna göstəriş verilib.
Göstərişdən sonra sənədlər direktor tərəfdən maneəsiz şəkildə qəbul olunub.
Valideyn Təbriz Yusubov, problemin operativ şəkildə həll olunduğu üçün Təhsil Nazirliyinə təşəkkürünü bildirib.
/Ölkə.Az/