Ölümdən daha qorxunc - 5 qadağan olunmuş DƏHŞƏTLİ SİLAH
    • 18-08-2018, 13:30
    • 1 626

Ölümdən daha qorxunc - 5 qadağan olunmuş DƏHŞƏTLİ SİLAH

İkinci Beynəlxalq Haaqa konfransı 1907-ci ildə XX əsr ərzində aparılacaq müharibələrin ümumi qayda- qanunlarını qəbul etdi.

 Dünyanın 5 ən qorxunc silahı haqqında araşdırmanı təqdim edirik.

XX əsr ərzində də bir çox silahlar ixtira olunduqca bu qanuna bir az dəyişiklər edilib və bir az da sərtləşdirildi. Bu silahlar əsas 5 kateqoriyada cəmləşib.

1. Ekspansiv güllələr

Bu güllələr hazırda hərbi sənayedə qadağandır. Hazırda bu güllələrdən ovçular vəhşi heyvanların aqressiv hərəkətlərindən mühafizə olunmaq üçün istifadə edirlər. İlk belə güllə 1890-cı ildə Kəlküttədə britaniya silah zavodunda istehsal olunub.Bu güllə o zaman "Dum-Dum" adlanırdı. Atılan zaman insan bədənində çiçək kimi açılırdı. Bu isə birbaşa ölümə və ya ömürlük şikəstliyə səbəb olardı.



Bu gün isə bu güllələlər humanizm baxımından daha çox, ağıl baxımından elə də istifadə olunmur. Çünki bronçiletlə mühafizə olunan adama bunu atmağın mənası yoxdur. Amma bir çox ölkələrdə təhlükəsizlik orqanları tərəfindən istifadə olunur. Onda da məqsəd ayaqdan ataraq, insanı təhlükəsiz hala gətirməkdir.

2. Napalm Bombası

Müəyyən ədəddə yanıcı mayenin jeleləşdirilmiş benzin ilə qarışığıdır. II Dünya müharibəsində, Harvard Universitetinden Louis Fieserin başçılıq etdiyi bir kimya qrupu tərəfindən ixtira edilib. Söndürmək mümkün deyil. Ameirakalılar Vetnam müharibəsində bu silahdan müşələri və evləri məhv etmək üçün istifadə ediblər.

Əgər insan bu silahın hədəfi olardısa yanıq ağrısının şokundan dünyasını dəyişirdi. 1980-ci ildə bu silah BMT tərəfindən qadağan olundu.



3. Kaset bombaları

Bu silah növü 2008-ci ildə Dublində 93 dövlət tərəfindən imzalanmış konvensiya ilə qadağan olunub. Lakin bu silahın istehsalçıları - Çin, Rusiya, Hindistan, Braziliya, Cənubi Koreya, Pakistan və İsrail bu konvensiyaya qoşulmayıb.



Bir kaset bombasında hərəsi 10 kilodan ibarət 100 dənə bomba olur. Bu silahın yeganə çatışmazlığı torpaqla təması zamanı partlamama ehtimalıdır. Lakin son illərdə bu silahın Suriya və Yəməndə kütləvi şəkildə istifadəsi ağır fəsadlar verib.

4. Ağ Fosfor

Bu silah 1977-ci il Cenevrə konvensiyası ilə qadağan edilib. Bu silah Birinci dünya müharibəsi zamanı alman və britaniyalı hərbçiləri tərəfindən istifadə olunub. Daha sonralar bu silah Koreya, İsrail və Livan müharibələrində istifadə olunub. Son məlumatlara əsasən ABŞ Suriyada bu silahdan istifadə edib.



Ağ fosfor oksigenin istifadəsi ilə yandırıcı maye formasına düşür. Onu süöndürmək çox çətindir, xüsusilə əlinin altında kifayət qədər su yoxdursa. İnsanı bütövlükdə kül edə bilər.

5. Piyada əleyhinə minalar

Bu minalar demək olar ki, dünyanın bütün ordularında var. XX əsrin əvvələrindən başlayaraq hər yerdə istifadə olunmağa başladı. Bu minaları tapıb zərərsizləşdirmək çox çətindir.



Hələ də mütəxəssislər müharibələrdən sonra milyonlarla belə minanın torpaq altında qaldığını söyləyirlər. Bu silahdan istifadə 1997-ci il Ottava konvensiyası ilə qadağan olunub. Lakin yenə ABŞ, Rusiya və Çin bunu imzalamayıb.

islaminsesi.info