Fatimə Ramala CAVAB VERDİ: -
    • 25-09-2019, 12:40
    • 858

Fatimə Ramala CAVAB VERDİ: - "MƏN ÖZ İŞİMLƏ MƏŞĞULAM..."

Bir müddət öncə müğənni Ramal İsrafilov rəqqasə Fatimə haqqında tənqidlər səsləndirib. O, bildirib ki, "Fatimə, oxuma millətin zövqünü korlayırsan". 

News24.az xəbər verir ki, Fətəliyeva ilk dəfə bununla bağlı açıqlama verib: "Deyirsən get işinlə məşğul ol. Şəxsən mən elə öz işimlə məşğul oluram. Rəqqasənin musiqi duyumu, hissiyatı, ritmi olmasa heç vaxt oxuya bilməz. Rəqqasə həm oynamalıdır, həm də oxumalıdır. Rəqsim birinci olsa da ikinci işim xınayaxtı biznesimdir. Aparıcı kimi məclislərə dəvət alanda təkçə rəqs etməməliyəm ki, orada həmçinin də, oxumalıyam. Məni bəyənmirsənsə xınayaxtına niyə dəvət etmişdin? Ramalın xınayaxtı məclisini mən aparmışam". 

Sevda Bayramova