-
- 29-09-2019, 11:16
- 963
Döyülən MMC-nin sahə rəisi xəstəxanada öldü
Xətai rayonunda döyülən şəxs xəstəxanada ölüb.
News24.az xəbər verir ki, Xətai rayonu, Telnov küçəsi 18, ev 152-də qeydiyyatda olan 1968-ci il təvəllüdlü Piriyev Bağır Bağman oğlu Zığ şossesində "Zeytun bağlarında” tanımadığı şəxs tərəfindən döyülüb.
O, ağır kəllə-beyin travması alaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. B.Piriyev müayinə olunan zaman infarkt keçirərək ölüb.
Qeyd edək ki, B.Piriyev Abşeron "Zeytun” Məhdud Məsuliyyətli Cəmiyyətin sahə rəisi idi. O, iş başında olarkən döyülüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.