Güləşçilərimiz Rusiyada 2 medal qazandı
    • 29-09-2019, 14:26
    • 639

Güləşçilərimiz Rusiyada 2 medal qazandı

Rusiyanın Vladiqafqaz şəhərində 23 yaşadək güləşçilər arasında Yuri Qusovun xatirə turniri keçirilib.

Azərbaycan Güləş Federasiyasından News24.az -a verilən məlumata görə, yarışda ölkəmizi təmsil edən güləşçilərdən ikisi fəxri kürsüyə qalxıb.

İslam Bazarqanov (57 kq) qızıl, Abubakr Abakarov (79 kq) isə gümüş medal qazanıblar.