AŞPA-nın qaşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AKSİYA KEÇİRİLƏCƏK
    • 30-09-2019, 14:04
    • 858

AŞPA-nın qaşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AKSİYA KEÇİRİLƏCƏK

Azərbaycanlılar Ermənistanın girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması tələbi ilə Fransada etiraz aksiyası keçirəcək. 

Aksiya oktyabrın 1-də Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) binası qarşısında baş tutacaq. 
Qeyd edək ki, 2014-cü ilin iyulun 11-də azərbaycanlı mülki şəxslər - D.Əsgərov və Ş.Quliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında “məhkəmə” təşkil edilərək D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə qanunsuz olaraq azadlıqdan məhrum ediliblər.

Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşlərində, habelə Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla 2017-ci və 2018-ci illərdə apardığı müzakirələr zamanı əsir-girovların “hamının-hamıya” formatında azad olunması ilə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırıb. /report/